Kanan Mahmudov

Kanan Mahmudov Instagram – Hörmətli mədəniyyət nazirimiz Anar bəy cox istiytəm sizə ürəklə Nazirim deyim, hələ ki deyə bilmirəm cün ki buna hec bir səbəbim yoxdur, bəlkə də bu statusdan sonra olmayacaq hec bir zaman.
20 illik sənət faliyyətimdə fərdi deyil millətim ücün nələrsə etməyə calışmışam. Biımirəm buna nə qədər naiı olmuşam. Biz artiq qalib millətin vətəndaşlarıyıq və bu qalibiyyətimiz bizə əsgərlərimizin canı və qanı bahasına başa gəlib hələ gözünün yaşı qurumayan övladlar, valideyinlər var, onların təsəllisi yoxdur. Hər kəs öz sənətinin əsgəridir, bizim borcumuz Vətən yolunda canından kecən əsgərlərimizin qəhramanliqlarını lentə almaqdır. Kecmiş nazır kinomuzu öz əli ilə komaya saldı, sizdən şəxsən öz adıma sonsuz rica edirəm bir nazir olaraq dəstək olun kinomuzu özümüzə qaytaraq. Mən sizə məcbur buradan mürəciat edirəm, cünki mədəniyyət nazirliyinin qapısından icəri buraxmırlar məni, o nazirlik məni 20 il ərzində tanımadı eybi yox…. Bilrəm mən sənətci olaraq hec bir zaman Azərbaycan jürnalistikası ücün maraqli olmamışam, ona görə bu statusu görməniz bəlkədə mümkün deyil , amma bu mənim rejissor olaraq vicdanımın səsidir, mən sizə inanıram, güvınirəm, ümümd edirm ki Vətən müharibəsi Qəhramanlarımızın xatirəsinə İlqar Fəhmi ilə qələmə aldığımız 7 oğul bir Vətən kino ssenarisinin gərcək olması ücün öz göstərişlərinizi verəcəksiniz. Və inanıramki siz kinomuzun qatillərindən biri yox kinomuzum doktorkarından biri olacaqsınız… və ən əsas inanıram ki mən sizə hörmətli mədəniyyət nazirim deyə biıəcəm, mən ad istəmirəm gizli qəhramanlarımızın adını duyurmaq ücün dəstəyinizi istəyirəm…
Bu filmi cəkməyə ən cox haqqı olan mənəm
hörmətlə KəNaN MM
Yaşasın Azərbaycan🇦🇿🤲🎥
@culture.gov.az | Posted on 27/Sep/2021 00:58:27

Kanan Mahmudov
Kanan Mahmudov

Check out the latest gallery of Kanan Mahmudov