Irana Kerimova

Irana Kerimova Instagram – 17 il bundan əvvəl idi..
o vaxt 8 yaşım var idi…səhər gözümü açan kimi:
”qardaşın dünyaya gəldi” dedilər..

O anki sevinci,həyacanı birdə heç vaxt yaşamadım…
Balaca,körpə bir varlığın,gözümün önündə necə böyüməsinin şahidi olmaq fikri,məni çox həyacanlandırırdı..
Özümə söz vermişdim ki,onun hər anını yadımda saxlayacam..İlk dəfə onu qucağıma aldığım anı heç unudmuram..Həmin andan sonra,üstümə düşən o məhsuliyyət hissi məni heç tərk etmədi..indi də onun balaca mamasıyam..)
Gözümün qabağında hər gün böyüyürdü,dəyişirdi…o qədər dəcəl,o qədər şirin idi..
İndi geriyə baxanda,o xatirələri yada salanda çox kövrəlirəm..ümumiyyətlə doğmalarımın ad gününü sulu gözlərlə qarşılayıram…Bir vaxtlar asantlıqla qucağımda saxladığım balaca körpəyə,indi boylanaraq baxıram..indi o məni qucağında saxlayır..)

Həyatda hər şeyi itirib sonra yenidən qazan bilirik..ailədən başqa..

Ad günün mübarək,mənim “balaca” qardaşım… | Posted on 13/Jun/2023 23:09:07

Irana Kerimova
Irana Kerimova

Check out the latest gallery of Irana Kerimova