Taleh Yuzbayov Instagram – Bu gün Azərbaycan teatrının 150 yaşı olur. 150 il əvvəl bu gün gimnaziya tələbələri bu böyük yolun əsasını qoydular. Böyük aktyor, rejissor, dramatuq, bəstəkar, rəssam və teatrda çalışan başqa fədailərimiz bu yolda öz ömürlərini xərclədilər. Bəziləri buna görə öldürüldü də.
Teatrda işləmək fədakarlıqdır. O intriqalara, əsəbə, aylarla məşqlərə, o maaşa dözmək hər adamın işi deyil. Ömürboyu bir rolu arzulayıb, bəlkə də heç vaxt o obrazı oynamamaq var hər aktyorun qismətində. Qurduğun tamaşanın qısa vaxtda bağlanması var hər rejissor karyerasında. Yazdığın pyesin heç vaxt səhnəyə qoyulmaması var gər dramaturq yaradıcılığında.
Bir də əksi var. Teatr səhnəsində arzuna çatmaq. O rolu oynamaq, o tamaşanı qurmaq, o pyesi səhnədə görmək. Və… sonda o ALQIŞ SƏSİ! Dünyada heç bir səs bu qədər gözəl ola bilməz teatr adamları üçün! Xışıldayan pul səsi də əslində pis səs deyil. Amma alqışı pulla almaq olmur!
Mən də vaxtıykən teatr aktyoru olmuşam. Çox sevmişəm və sevirəm Teatrı! Bədənim elastik olmasa da Pantomim teatrında işləmək qərarına gəlmişdim. Əsas səbəb isə katarsis idi. Pantomim tetarının bir tamaşasına baxandan sonra keçirdiyim o aydınlanma, təmizlənmə hissi! Başqa heç bir teatrda bu hissi yaşamamışdım. Teatlarımızda bütün tamaşalara o enerjidən arzulayıram.
Neçə ildir arzularımdan biri də müstəqil bir teatr yaratmaqdır. Əsgərlik vaxtı yazdığım bir pyes var. Nağıldır. Nəzmlə. Qismət olsa bu il o arzumu məhz bu tamaşa ilə həyata keçirdəcəm. Alqış səsləri üçün darıxmışam!
Teatr bayramımız mübarək! | Posted on 10/Mar/2023 18:31:08
Check out the latest gallery of Taleh Yuzbayov



