Uzel Kerimova

Uzel Kerimova Instagram – O gün üzümə düşən bir işıqla oyandım. Gözümü açdığımda hava hələ açılmamışdı, ya gecə ya da gecəni səhərə bağlayan saatlar idi. İşıq gələn tərəfə baxdım, gözəl idi, çox.. belə gözəl ay, yanında hizalanmış buludlar.. bu həddə gözəl əsəri daha əvvəl göy üzündə görməmişdim zənnimcə.. bəlkə də yanılıram,ola bilər ki, o gün ya ümidim təzə olub, sevincim yüksək.. ya da həqiqətən gözəl idi.. təsvirimdən daha gözəl.. əlimi telefona uzadıb həm saata baxmaq istədim, həm bu görüntünü ölümsüzləşdirmək.. eləmədim.. o anın sehri, rənglərin ahəngi, aydınlığın verdiyi hissi, bir telefon mavisi ilə korlamaq istəmədim.. gözəlliyə təslim oldum və yuxuya getdim..

Bəzi insanlar da belədir.. izlənilməsi, dinlənilməsi, sevilməsi gözəl olur. Yaradan bizi elə insanlar və belə anlarla qarşılaşdırsın 🤍✨ | Posted on 07/Mar/2026 00:22:25

Uzel Kerimova
Uzel Kerimova

Check out the latest gallery of Üzel Kərimova